Baş Dövlət Yol Polisi sürücülərə xəbərdarlıq edib. Bu haqda bu gün, 24 yanvar tarixində Bakuplus.az quruma istinadən xəbər verir.
Bakıda və ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti ilə əlaqədar nəqliyyatın hərəkətində bir sıra çətinliklər yarana bilər.
"Sürücülərə müraciət edərək hava şəraitini düzgün qiymətləndirməyi, yolların buz bağlama ehtimalını nəzərə alaraq ehtiyat tədbirləri görməyi, mövsümə uyğun təchiz edilməmiş, texniki-təhlükəsizlik baxımından yararsız nəqliyyat vasitələri ilə yola çıxmamağı, təcrübəsiz sürücülərdən sükan arxasına əyləşməməyi, sərnişindaşıma fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərdən daha təhlükəsiz marşurutlar üzrə hərəkətə üstünlük verməyi xahiş edir. Piyadalara ehtiyatlı olmaq, yolun hərəkət hissəsinə çıxmamaq, təhlükəsizlik qaydalarına ciddi əməl etmək tövsiyə olunur", - deyə xəbərdarlıqda qeyd edilib.