Baş Prokurorluq təbii qazdan istifadə ilə bağlı əhaliyə müraciət edib. Bu haqda bu gün, 26 dekabr tarixində Bakuplus.az quruma istinadən məlumat verir.
Müraciətdə mənzilə daxil olarkən qaz sızmasının olmadığına əmin olmadan elektrik şəbəkəsindən istifadə edilməməsi, qaz cihazlarından istifadə etməzdən əvvəl otağın havalandırılmasını və yalnız heç bir qoxu olmadığına əmin olduqdan sonra onları yandırması ilə bağlı çağırışı var. Prokurorluq, həmçinin qeyd edir ki, qaz cihazları nəzarətsiz qoyulmamalıdır.
“Unutmayın ki, qazdan istifadə qaydalarına riayət etməklə siz özünüzün və ətrafdakıların həyatını təbii qazla baş verə biləcək arzuolunmaz bədbəxt hadisələrdən qorumuş olarsınız!” – müraciətdə deyilir.