Bakıda dırnaq körpənin ölümünə səbəb ola bilərdi. Bu haqda bu gün, 30 mart tarixində Bakuplus.az Qafqazinfo-ya istinadən xəbər verir.
Özəl klinikaların birində boğazında plastik dırnaq qalan 6 aylıq körpə xilas olunub.
Bildirilir ki, uşaq bacısının plastik dırnağı ilə oynayarkən ehtiyatsızlıqdan onu ağzına salıb və dırnaq körpənin nəfəs borusunda ilişib. Yüksək ölüm riski nəzərə alınaraq, təcili bronxoskopiya aparılmasına qərar verilib və dırnaq körpənin nəfəs borusundan çıxarılıb.