Paytaxtın Səbail rayonu, Badamdar qəsəbəsində ağaclar kökündən çıxarılır. Bu haqda bu gün, 15 noyabr tarixində Bakuplus.az Oxu.az-a istinadən xəbər verir.
Ehtimal olunur ki, meşəlik sahədə texnika ilə sağlam ağacları ərazidə tikinti işləri aparmaq üçün çıxarırlar.
Məsələ ilə bağlı videogörüntülər də yayılıb.