Paytaxtın Səbail rayonu, Badamdar qəsəbəsində sakinlərlə görüş keçirilib. Bu haqda bu gün, 1 noyabr tarixində Bakuplus.az rayon İcra Hakimiyyətinə istinadən xəbər verir.
Tədbirdə Rayon İcra Hakimiyyəti başçısı Vüqar Zeynalov, onun müavinləri, aparatın məsul işçiləri, qəsəbə ağsaqqalları və ziyalılar iştirak ediblər.
Görüşdə sakinlərin şikayət və təklifləri dinlənilib, onları narahat edən mövzular müzakirə olunub. Daha sonra bir sıra məsələləri həll etmək üçün yerində müvafiq tapşırıqlar verilib.
[caption id="attachment_77343" align="alignnone" width="640"]
Foto Səbail Rayonu İcra Hakimiyyətinin rəsmi saytı[/caption]