top
Badamdarlıların avtobus problemi - Hər gün 3 manat taksiyə verə bilmərik
12 sentyabr 2026, 14:50
- ↺ +

Badamdarlıların avtobus problemi - "Hər gün 3 manat taksiyə verə bilmərik"

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Badamdar sakinləri 53 nömrəli avtobusun hərəkət istiqamətinin dəyişdirilməsindən şikayətçidir.

Bakuplus.az-a müraciət edən sakinlər bildirirlər ki, əvvəllər 53 nömrəli avtobus 20-ci sahə ilə Bayılı birləşdirən "Tarelka" adlanan ərazidən (Badamdar şossesi) keçib. Lakin bir müddətdir avtobusun hərəkət istiqaməti dəyişdirilib və 20-ci sahədən birbaşa "20 Yanvar" metrostansiyası istiqamətində hərəkət edir.

Vətəndaşlar deyirlər ki, bu dəyişiklik xüsusilə tədris ilinin başlaması ilə uşaqların məktəbə gediş-gəlişini daha da çətinləşdirəcək. Onların sözlərinə görə, 20-ci sahədən sözügedən əraziyə taksi ilə getmək təxminən 3 manata başa gəlir və hər gün bu məbləği ödəmək mümkün deyil.

Sakinlər havaların getdikcə soyuduğu və qışın yaxınlaşdığı bir vaxtda marşrutun əvvəlki istiqamətinin bərpa olunmasını istəyirlər. Onlar aidiyyəti qurumlara müraciət etdiklərini, lakin məsələnin həll olunmadığını bildiriblər.

Məsələ ilə əlaqədar Bakuplus.az əməkdaşı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) sorğu ünvanlayıb. Sorğuya cavab olaraq AYNA-dan bildirilib ki, sözügedən vəziyyət müvəqqətidir:

"Badamdar qəsəbəsi, Cavidan İbrahimli küçəsində nəqliyyat vasitələrinin hərəkətinə tətbiq edilən məhdudiyyət səbəbindən 53 nömrəli müntəzəm marşrutun nizamlı fəaliyyəti təmin olunmadığından hərəkət sxemi müvəqqəti dəyişdirilib.

Hazırda 53 nömrəli marşrut başlanğıc dayanacaq məntəqəsi "20-ci Sahə" yaşayış massivi, son dayanacaq məntəqəsi isə Abbas Mirzə Şərifzadə küçəsi (Respublika Klinik Xəstəxanası) olmaqla fəaliyyət göstərir.

Eyni zamanda, vətəndaşların ictimai nəqliyyata əlçatanlığını təmin etmək üçün 3 nömrəli müntəzəm marşrutun Badamdar qəsəbəsində hərəkəti Cavidan İbrahimli küçəsinədək ("Atilla" İdman Mərkəzi) təşkil olunur". 

Son xəbərlər

Xəbər
Bu gün, 18:09

"330 manatlıq gödəkçəni yararsız hala saldılar, üzr istəmədilər" - İDDİA

Xəbər
Bu gün, 16:08

Murtuza Muxtarov Vladiqafqazda niyə məscid tikdirib?

Xəbər
Bu gün, 15:54

Ağıllı saatlara görə aksiz vergisi alınacaq

Xəbər
Bu gün, 15:53

İlham Əliyev bəzi media nümayəndələrini təltif etdi - SİYAHI

Xəbər
Bu gün, 15:19

Sabah Bakıda hava dəyişəcək - güclü külək, intensiv yağış

Xəbər
Bu gün, 14:33

Nominal orta aylıq əmək haqqı 8,7% artacaq

Xəbər
Bu gün, 13:35

203 nömrəli marşrutun avtobusları yenilənir

Xəbər
Bu gün, 11:40

Bir sıra vergi güzəştlərinin müddəti uzadılır

Xəbər
Bu gün, 11:35

Yaşa görə əmək pensiyasının orta məbləğinin 680 manat olacağı proqnozlaşdırılır

Xəbər
Bu gün, 10:44

Cinayətdə şübhəli bilinən 62 nəfər tutuldu

Siyasət
Bu gün, 10:36

Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

Xəbər
Bu gün, 10:09

25 ilini yerin altında keçirən şairimizin doğum günüdür

Xəbər
Bu gün, 09:43

Vətən Müharibəsi Qəhrəmanına general-mayor rütbəsi verildi

Xəbər
Bu gün, 09:25

Bakının iki rayonunda işıq olmayacaq

Xəbər
Bu gün, 00:01

Vətən müharibəsinin 40-cı günü: XRONİKA

Xəbər
Dünən, 17:34

Azərbaycanda doğum azalır, müavinət artır: 1500 manat ailələrin qərarına təsir edəcəkmi? – ÖZƏL AÇIQLAMA

Xəbər
Dünən, 16:57

Bakıda temperatur 10 dərəcə düşəcək - leysan, şimşək...

Xəbər
Dünən, 15:58

Bakıda 66 yaşlı kişi dələduzluğa görə HƏBS EDİLDİ

Xəbər
Dünən, 15:09

Gələn il pensiyaların 7,5 faiz artırılması proqnozlaşdırılır

Xəbər
Dünən, 14:15

Bakıda qəza: avtomobil klinikaya çırpıldı - FOTOLAR

Xəbər
Dünən, 13:25

Arvadını küçədə güllələyib öldürmüşdü, məhkəməsi başlayır

Xəbər
Dünən, 12:52

Birinci kurs tələbəsi vəfat etdi

Xəbər
Dünən, 11:36

Nərimanov rayonunda 16 mərtəbəli yaşayış binasında yanğın oldu

Xəbər
Dünən, 11:21

3 yaşınadək uşağı olan analara hər ay 100 manat verilə bilər

Oxşar xəbərlər