Bakı Ağır Cinayətlər Məhkəməsində icra şöbəsinə yeni rəis təyin edilib. Bu haqda bu gün, 14 noyabr tarixində Bakuplus.az APA-ya istinadən məlumat verir.
İcra şöbəsinin rəisi vəzifəsinin icrası kiçik ədliyyə müşaviri Ziya İsmayılzadəyə həvalə olunub.
Daha öncə İsmayılzadə Sabunçu rayon Məhkəməsində İcra şöbəsinin rəis müavini vəzifəsində çalışıb. Bundan əvvəl məhkəmədə həmin vəzifəyə 2 ilə yaxındır təyinat olmayıb.