Bakı - Ağstafa marşrutu üzrə daha bir reys əlavə edilib. Bu haqda bu gün, 3 yanvar tarixində Bakuplus.az Azərbaycan Dəmir Yollarına istinadən xəbər verir.
Artan sərnişin tələbatı ilə əlaqədar Bakı-Ağstafa-Bakı marşrutu üzrə "Ekspres" sürət qatarına əlavə reys cəlb edilib.
Sözügedən qatar 3 yanvar tarixində axşam saat 23:55-də Bakı Dəmiryol Vağzalından Ağstafaya, yanvarın 4-də isə günorta saat 15:00-da Ağstafadan Bakıya yola düşəcək.
Daha öncə də Bakı - Ağstafa - Bakı marşrutu üzrə əlavə reyslər təyin edilmişdir.