Bakı aeroportu yanvar ayında xidmət göstərdiyi sərnişinlərin sayını açıqlayıb. Bu haqda bu gün, 11 fevral tarixində Bakuplus.az Heydər Əliyev adına Beynəlxalq Hava Limanına istinadən xəbər verir.
Paylaşılan statistikaya əsasən, cari ilin yanvar ayı ərzində aeroportdan 360.000 sərnişin istifadə edib. Sərnişinləri 27 xarici aviaşirkət daşıyıb. Ən çox sərnişin “Turkish Airlines”, “Aeroflot”, “Utair”, “Azimuth” və “FlyDubai” aviaşirkətləri ilə daşınıb.
Yanvar ayı ərzində Bakıdan ən populyar beynəlxalq istiqamətlər İstanbul, Moskva, Dubay və Tbilisi olub.