Bayram günlərində avtovağzallar gücləndirilmiş iş rejimində çalışacaq. Bu haqda bu gün, 8 aprel tarixində Bakuplus.az Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.
Ramazan bayramı günlərində sərnişin axınını nəzərə alaraq paytaxtda və respublikanın bütün avtovağzal və avtostansiyalar gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.
Bakı Beynəlxalq Avtovağzal Kompleksində (BBAK) marşrutlar üzrə xətlərə buraxılan avtobusların intervalına, sürücülərin sərnişindaşımada təhlükəsizlik qaydalarına əməl etmələrinə xüsusi nəzarət olunacaq.