Bakı Avtovağzalında rəhbərlik dəyişib. Bu haqda bu gün, 15 mart tarixində Bakuplus.az Qafqazinfo-ya istinadən xəbər verir.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən verilən məlumata əsasən, Qəhrəman Qələndərov Bakı Beynəlxalq Avtovağzal Kompleksinin direktoru vəzifəsinə təyinat alıb. O, artıq vəzifəsinin icrasına başlayıb.
Q.Qələndərovun bundan öncə Nəsimi Rayon Dövlət Yol Polisi Şöbəsinin rəisi vəzifəsində çalışdığı bildirilir.