Bakıda hava şəraiti kəskin dəyişəcək. Bu haqda bu gün, 4 dekabr tarixində Bakuplus.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir.
5-6 dekabr tarixlərində Bakı və Abşeron yarımadasında şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-28 m/s, gündüz yarımadanın bəzi yerlərində arabir 30-32 m/s-dək güclənəcəyi gözlənilir.
6 dekabr axşam saatlarından 7 dekabr tarixinə qədər arabir yağış yağacağı ehtimalı var.
Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 3-5 dərəcə aşağı enəcək.