Bakı – Budapeşt aviareysi quşa görə təxirə salınıb. Bu haqda bu gün, 14 mart tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
“WizzAir” aviaşirkətinin “Airbus A321” təyyarəsinin reysi təxirə salınıb. Buna səbəb Budapeştdən gələn təyyarəyə baxış zamanı mühərriklərdən birinə quşun daxil olduğu aşkarlanıb.
Reys barədə əlavə məlumat əldə etmək üçün sərnişinlər aviadaşıyıcıya müraciət edə bilərlər.