Bakı Dənizkənarı bulvarının uzunluğu cənub istiqamətində 5,7 km, “Ağ şəhər”dən Zığa doğru isə 8 km məsafəyə uzadılacaq. Bu, Bakının 2040-cı ilədək inkişafına dair Baş planında qeyd olunub. Bu haqda bu gün, 8 yanvar tarixində Bakuplus.az məlumat verir.
Bu, şəhər səviyyəsində adambaşına 8 kv.m yaşıllığın təmin edilməsinə imkan verəcək.
Ümumilikdə Bakı bulvarının ümumi uzunluğu 2040-cı il və ondan sonrakı illərdə 25 km-dən çox olacaq.
Paytaxtımızın yeni Baş Planı barədə ətraflı məlumatı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin saytında izləmək mümkündür.