Bakıdan Rumıniyanın paytaxtına birbaşa aviareyslər açılır. Bu haqda bu gün, 8 aprel tarixində Bakuplus.az Azərbaycan Hava Yollarına istinadən xəbər verir.
Bakı–Buxarest marşrutu ilə uçuşlar həftədə 2 dəfə – bazar ertəsi və cümə axşamları həyata keçiriləcək. Uçuşlar 3 iyun tarixindən etibarən başlayacaq. Biletlər artıq satışdadır.
Yaxın gələcəkdə aviaşirkət Şərqi Avropanın daha bir böyük şəhərinə — Bolqarıstanın paytaxtı Sofiyaya da uçuşları bərpa etməyi planlaşdırır.