Hazırda Bakı buxtasının təmizlənməsi üzrə proqram hazırlanır. Bunu Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Bakının Baş Planının təqdimat mərasimində deyib. Bu haqda bu gün, 16 yanvar tarixində Bakuplus.az Report-a istinadən məlumat verir.
Xəzər dənizinin səviyyəsindən danışan Əzizov onun vaxtaşırı qalxıb-endiyini qeyd edib.
“Lakin indi Xəzərin səviyyəsi radikal azalıb. Alimlər bunu iqlim dəyişikliyi ilə əlaqələndirirlər”, - İcra Hakimiyyətinin rəhbəri bildirib.