Bakı Dövlət Sirkində nasazlıqlar aşkar edilib. Bu haqda bu gün, 10 yanvar tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Bildirilir ki, binada müəyyən texniki nasazlıqlar aşkar edilib. Bu səbəbdən sirkin fəaliyyəti dayandırılıb.
“Mədəniyyət Nazirliyi tərəfindən həmin nasazlıqlar aradan qaldırılanadək binada kütləvi tədbirlərin keçirilməsi dayandırılıb. Binada işlər yekunlaşdıqdan sonra sirk yenidən qapılarını tamaşaçılara açacaq”, – deyə məlumatda qeyd edilib.