Bakı Dövlət Universitetinin professoru vəfat edib. Bu haqda bu gün, 18 yanvar tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Jurnalistika fakültəsinin müəllimi, filologiya elmləri doktoru, professor və Əməkdar jurnalist Şamil Vəliyev 64 yaşında dünyasını dəyişib.
O, Mətbuat tarixi kafedrasının müdiri və dekan vəzifələrində çalışıb. Professorun bir sıra əsərləri, kitabları nəşr olunub. Eyni zamanda o, “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi” yubiley medalı ilə təltif edilib.