Bakı Dövlət Universitetinin professoru vəfat edib. Bu haqda bu gün, 21 mart tarixində Bakuplus.az Təhsil ocağına istinadən xəbər verir.
Şərqşünaslıq fakültəsinin Ərəb filologiyası kafedrasının nəzdində fəaliyyət göstərən İslamşünaslıq elmi-tədqiqat mərkəzinin direktoru professor Əsədulla Qurbanov 88 yaşında dünyasını dəyişib.
O, Azərbaycan SSR Mədəniyyət Nazirliyində məsul əməkdaş, Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunda elmi işçi, Azərbaycan Dövlət İncəsənət Universitetində dosent, eləcə də BDU-da əvvəlcə dosent, sonra isə professor vəzifələrində çalışıb.
Ə.Qurbanov 5 monoqrafiya, 10 kitabın müəllifidir. Onun rəhbərliyi ilə 10 elmlər namizədi, 3 elmlər doktoru yetişiblər.