Bakı Dövlət Universitetinin köhnə yataqxanasının ərazisində müasir tələbə şəhərciyi salınacaq. Bu haqda 24 noyabr tarixində Report xəbər verib.
BDU-nin köhnə yataqxanasının ərazisində müasir səviyyədə tələbə şəhərciyinin salınması nəzərdə tutulub. Artıq ilkin layihə hazırdır. Universitetin rektoru Elçin Babayevin sözlərinə görə, tələbə şəhərciyi salınandan sonra nəinki BDU-nin tələbələrini, həmçinin yaxınlıqdakı digər ali məktəblərin tələbələrini də qalacaq yerlə təmin etmək imkanı olacaq.
Bundan əvvəl universitetin ərazisində yerləşən 225 nəfərlik yataqxana əsaslı şəkildə təmir olunmuş və tələbələr üçün lazımi vasitələrlə təmin olunaraq istifadəyə verilmişdir.