Paytaxtın Suraxanı rayonunda küçədə gecələyən uşaq aşkarlanıb. Bu haqda bu gün, 2 dekabr tarixində Bakuplus.az Oxu.az-a istinadən xəbər verir.
Məlumata əsasən, 10 yaşlı Məsumənin anası ölüb, atasının isə kim olduğu bilinmir. O, anası öləndən sonra uşaq evlərinin birində qalırdı. Sonra uşaq evi bağlandı və Məsumə küçələrdə gecələməyə məcbur oldu. Öncə o, çöldə zibil yığan tanımadığı bir qadınla yaşayırdı. Həmin qadın öləndən sonra tək yaşamağa başlayıb.
Qızcığaz Suraxanı Rayon Polis İdarəsinə təhvil verilib və müvafiq qurumlarla əlaqə saxlanılıb.