Bakı və Abşeronda gözlənilən hava proqnozu açıqlanıb. Bu haqda bu gün, 20 yanvar tarixində Bakuplus.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir.
21 yanvar tarixində Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər arabir duman, az çiskin olacaq. Gündüz mülayim cənub-qərb küləyi, axşam isə şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 4-8, gündüz isə 12-17 dərəcə isti olacaq.