Bakı və Abşeron yarımadasında gözlənilən hava proqnozu açıqlanıb. Bu haqda bu gün, 27 mart tarixində Bakuplus.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir.
28 mart tarixində Bakı və Abşeronda hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Şimal küləyi əsəcək.
Havanın temperaturu gecə 5-8, gündüz isə 13-18 dərəcə isti olacaq.