Bakıda tanışını bıçaqlayaraq öldürən şəxsə hökm oxunub. Bu haqda bu gün, 6 fevral tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 19 yaşlı İlham Xanlarov 19 il müddətinə azadlıqdan məhrum edilib.
Təqsirkar ötən ilin iyun ayında paytaxtın Sabunçu rayonu ərazisində mübahisə zamanı Sübhan Cəfərovu qətlə yetirmişdir.