2 nömrəli marşrut xəttinin hərəkət sxemi dəyişdirilib. Bu haqda Bakı Nəqliyyat Agentliyinin mətbuat xidməti məlumat yayıb.
Avtobusların son dayanacağı Metropolitenin “Dərnəgül” stansiyası müəyyən edilib.
Beləliklə, 7-ci mikrorayon və “Dərnəgül” stansiyasının ətrafında yaşayan sakinlər metronun “N.Nərimanov”, “Nizami”, “20 Yanvar” stansiyaları və “Beynəlxalq Avtovağzal Kompleksi" ilə əlaqələndiriləcəklər.
Dəyişiklik 26 noyabr 2021-ci il tarixindən qüvvəyə minəcək.