Bakı şəhəri əhalisinin dəyişməsinin 2040-cı ilədək 2,88 milyondan 3,17 milyon nəfərə qədər olacağı proqnozlaşdırılır. Bu, Bakının 2040-cı ilədək inkişafına dair Baş planında qeyd olunub. Bu haqda bu gün, 8 yanvar tarixində Bakuplus.az məlumat verir.
Şəhər əhalisinin sayı 2,88-3,17 milyon nəfər arasında dəyişəcək. Bakı şəhərinin Baş Planı çərçivəsində 2040-cı ilədək əhalinin artımı ssenariləri üzrə hesablama nəticələrinin ən yüksək həddi 3,17 milyon nəfər olacaq.
Paytaxtımızın yeni Baş Planı barədə ətraflı məlumatı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin saytında izləmək mümkündür.