Bakıda bir sıra avtobuslar nağdsız ödənişə keçir. Bu haqda bu gün, 28 dekabr tarixində Bakuplus.az Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə istinadən xəbər verir.
“Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzini Pirşağı qəsəbəsi ilə əlaqələndirən 173A və 173B nömrəli şəhərətrafı, eləcə də Sabunçu və Yeni Günəşli qəsəbələrini əlaqələndirən 55 nömrəli şəhərdaxili avtobuslar “BakıKart”a keçir.
Dəyişiklik 30 dekabr tarixindən etibarən qüvvəyə minir.