Bakıda bir sıra avtobusların hərəkət sxemi dəyişdirilir. Bu haqda bu gün, 2 avqust tarixində Bakuplus.az Yerüstü Nəqliyyat Agentliyinə istinadən xəbər verir.
8 Noyabr prospektində (Gəncə prospektindən Ceyhun Həsənov küçəsinə qədər – Gənclik parkı) nəqliyyat vasitələrinin hərəkətinə tam məhdudiyyət qoyulması ilə əlaqədar buradan keçən avtobusların hərəkət sxemi müvəqqəti dəyişdirilib.
21, 51 və 120 nömrəli avtobuslar alternativ yol olaraq Gəncə prospekti – Ceyhun Həsənov küçəsi – 8 Noyabr prospekti marşrutu ilə hərəkət edəcək.