Bakı yollarında baş verən qəzaların sayı açıqlanıb. Bu haqda bu gün, 15 aprel tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Son 3 ay ərzində paytaxt ərazisində 384 yol-nəqliyyat hadisəsi baş verib. Qəzalara əsas səbəb yüksək sürət, ara məsafəsinə düzgün əməl edilməməsi, yol nişanlarının tələbinin pozulması və sürücü diqqətsizliyi olub.
Qəzalar daha çox avtomobillərin intensiv hərəkət etdiyi mərkəzi küçə və prospektlərdə, Ziya Bünyadov, Heydər Əliyev, Babək, Tbilisi prospektlərində, eləcə də Bakı–Sumqayıt, Aeroport, Sabunçu–Zabrat şoselərində, Üzeyir Hacıbəyli, Rəşid Behbudov, Mikayıl Müşfiq, 28 May və digər küçələrdə baş verib.
[video width="848" height="478" mp4="https://bakuplus.az/storage/photos/2024/04/video-whatsapp-2024-04-15-v-13.19.46_0e44f0e8.mp4"][/video]