Bakının Qaradağ rayonunda 3 nəfərin ölümü ilə nəticələnən yol qəzasını törətməkdə təqsirləndirilən Eynulla Əliyevin cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Bu haqda bu gün, 17 may tarixində APA məlumat verib.
Cinayət işinə hakim Məhəmməd Əkbərov tərəfindən baxılacaq.
Daha öncə məlum olmuşdur ki, İran vətəndaşı Pormehrəli Hüseyn İsmiəli oğlunun idarə etdiyi "Hovo" markalı yük avtomobili ilə Əliyev Eynulla Xeyrulla oğlunun idarə etdiyi "QAZ A65R32-80” mikroavtobus markalı avtomobil toqquşmuşdur. Sonuncuda olan sərnişinlər - 21 yaşlı Babaşah Qəribov, 38 yaşlı Qayıb Zeynalov və 38 yaşlı Məhəmməd Qaraşov aldıqları xəsarətlərdən yerindəcə vəfat etmişdirlər.