Bakıda 4 avtobusun marşrutu dəyişir. Bu haqda bu gün, 3 fevral tarixində Bakuplus.az Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir.
Heydər Əliyev prospektində aparılan təmir işləri ilə əlaqədar həmin ərazidən keçən 1, 13, 38 və M8 nömrəli avtobusların hərəkətinə müvəqqəti məhdudiyyət qoyulacaq.
Daha öncə prospektin gün ərzində qismən bağlı olacağı barədə məlumat verilmişdir.