Paytaxtda 4 şirkətə qarşı dələduzluq etməkdə təqsirləndirilən Azər Hüseynova hökm oxunub. Bu haqda bu gün, 28 noyabr tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Rasim Sadıxovun qərarına əsasən, Hüseynov 8 il 2 ay müddətinə azadlıqdan məhrum edilib.
Azər Hüseynov “Qarabağ İnşaat” MMC, “Supersement” QSC, “Lidersement” QSC və “Caspian Energy Group” MMC və digər şirkətlərin külli miqdarda pulunu dələduzluq yolu ilə ələ keçirib. O, ümumilikdə 300.000 manatlıq dələduzluqda ittiham edilib.
Əlavə olaraq, Hüseynov şirkətlərlə yanaşı, Babək Alıyev, İqdam Qasımov və Fuad Hüseynova qarşı da dələduzluq edib.
Ona qarşı Cinayət Məcəlləsinin “dələduzluq, külli miqdarda törədildikdə” maddəsi ilə ittiham irəli sürülüb.