Bakıda 5 avtobusun hərəkət sxemi dəyişdirilib. Bu haqda bu gün, 16 fevral tarixində Bakuplus.az Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir.
Paytaxtın Səbail rayonu, İstiqlaliyyət küçəsində aparılan təmir işləri ilə əlaqədar 6, 10, 53, 77 və 205 nömrəli marşrut xətləri üzrə avtobuslar müvəqqəti olaraq alternativ yollarla hərəkət edəcək.
Belə ki, 6, 10, 53, 205 nömrəli avtobuslar İstiqlaliyyət küçəsi - Azərbaycan prospekti - Ə.Cavad küçəsindən, 77 nömrəli avtobus isə A.Şaiq - M.Əliyev - M.Muxtarov - Əhməd Cavad küçələrindən hərəkət edəcək.