Bakıda 87 yaşlı kişi 3 saylı ASAN Xidmət mərkəzində ailə qurub. Bu haqda bu gün, 23 noyabr tarixində DOST Agentliyinin mətbuat xidməti məlumat yayıb.
Nadir Hüseynov 78 yaşlı Məsumə Dadaşova ilə nikaha girib. DOST mərkəzi tərəfindən səyyar sosial xidmət göstərilən ahıl vətəndaşa qurum əməkdaşları dəstəyini göstəriblər, onlara hədiyyələr təqdim ediblər.
Səbail rayon sakini Nadir Hüseynova 1 saylı Bakı DOST Mərkəzinin sosial xidmətçiləri tərəfindən yemək hazırlanması, zəruri ərzaq və məişət mallarının alınması, həkimin təyinatı ilə aptekdən dərman alınması, kommunal xərclərin ödənilməsi kimi yardımlar göstərilir.