Bakıda 92 nəfəri aldadaraq pulunu mənimsəyən şəxs barəsində cinayət işi açılıb. Bu haqda bu gün, 8 dekabr tarixində Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.
Məzahir Nəsibov “Azərbaycan Gözdən Əlillər Cəmiyyəti” İB-nin üzvləri üçün inşa edilən binadan mənzilləri birliyə üzv olmayan şəxslərə paylanacağını bildirib.
O, adına heç bir əmlak sahəsi olmayan aztəminatlı ailələrin mənzil sahibi olacağını inandıraraq, ümumilikdə 5 milyon 781 manat pul götürüb.
Faktla bağlı cinayət işi açılıb və baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.