Səbail rayonunda sürücülər yol nişanının düzgün yerdə olmadığından şikayətlənirlər. Bu haqda 2 noyabr tarixində Oxu.az xəbər verib.
“Səadət sarayı”ndan Axundov bağına gedən avtomobil yolunda “3.1 Giriş qadağandır”yol nişanı ağac arxasında quraşdırılıb. Nəticədə sürücülər ağaclara görə bu nişanı görmür və polis tərəfindən cərimələnirlər. Onlar xahiş edirlər ki, aidiyyəti qurumlar yol nişanını daha görünən yerə köçürsünlər.
Bakı Nəqliyyat Agentliyi bildirib ki, bu ərazidəki nişanın yeri dəyişdiriləcək.