Ağac tingləri paylama aksiyası davam edir. Bu haqda bu gün, 7 dekabr tarixində Ekologiya Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Paytaxtın Xəzər rayonu, Şüvəlan qəsəbəsində, 2 saylı Bakı DOST Mərkəzinin qarşısında vətəndaşlara ağac tingləri hədiyyə edilib.
Həmçinin, ekokönüllülər tərəfindən ağac tinglərinin əkilməsi və onlara qulluq göstərilməsi barədə məlumatlar verilib. Paylanılan ağac tingləri hər regionun iqlim şəraitinə uyğun təqdim olunur.
Bundan əvvəl, 6 dekabr tarixində paytaxtın Nəsimi rayonunda tut tingləri yarmarkası keçirilmişdir.