Bakı şəhəri ərazisində keçiriləcək abadlıq işlərinə görə 23,5 milyon manatdan çox vəsait ayrılacaq. Bu haqda dövlət satınalma portalı məlumat yayıb.
Bakı Şəhər İcra Hakimiyyətinə məxsus "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC tərəfindən qeyd olunan rayonda yerləşən Nizami adına mədəniyyət-istirahət parkında abadlaşdırılma və Bakı şəhəri ərazisində həyətlərdə, parklar, bağlar və səkilərdə yenidənqurma işlərinin aparılması ilə bağlı elan etdiyi 2 tender yekunlaşıb.
Qalib şirkətlər kimi “Xezer Construction” MMC və "Star Construction-12" QSC-nə müvafiq olaraq 13,7 və 9,8 milyon manat ödəniləcək.