Bakıdakı şadlıq sarayları cərimələnib. Bu haqda bu gün, 14 mart tarixində Bakuplus.az Ekologiya Nazirliyinə istinadən xəbər verir.
Keçirilən yoxlamalar nəticəsində paytaxt ərazisində fəaliyyət göstərən 5 şadlıq sarayında - "Romance Palace", "Grace Hall", "Meridian", "Grand Neon" və "Sapfir"də nöqsanlar aşkarlanıb. Adıçəkilən obyektlərdə havaya atılan tullantıların normadan artıq olduğu məlum olub.
Aşkar olunan faktlarla bağlı sahibkarlar məsuliyyətə cəlb olunublar.