Bakıda anadan olan Beqlov Sankt-Peterburq qubernatoru seçkilərində iştirak edir.
Bakuplus xəbər verir ki, Rusiyanın Sankt-Peterburq şəhərinin hazırkı qubernatoru Aleksandr Beqlov protokolların 70,57 faizinin işlənməsinin nəticələrinə əsasən, şəhər başçısının seçkisində səslərin 59,88 faizini toplayıb.
Aleksandr Dmitriyeviç Beqlov 19 may 1956-cı ildə Bakıda anadan olub. 1976–1978-ci illərdə SSRİ Silahlı Qüvvələrində hərbi xidmətdə olub. 1983-cü ildə Leninqrad Mühəndis-İnşaat İnstitutunu (hazırkı Sankt-Peterburq Dövlət Memarlıq-İnşaat Universiteti), 2003-cü ildə Şimal-Qərb Dövlət Xidməti Akademiyasını (hazırkı Şimali-Qərb İdarəçilik İnstitutu) bitirib.