Paytaxtın Nizami rayonunda anasını bıçaqla öldürən yeniyetmənin məhkəməsi başa çatıb. Bu haqda bu gün, 14 fevral tarixində Bakuplus.az Trend-ə istinadən xəbər verir.
Məhkəmə prosesi hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilib. Hökmə əsasən, İdeal Məmmədzadə 5 il müddətinə azadlıqdan məhrum edilib.
20 aprel tarixində metronun “Neftçilər” stansiyası yaxınlığında 15 yaşlı İdeal Məmmədzadə anası, 37 yaşlı Ülviyyə İsmayılovanı bıçaqlayaraq öldürmüşdü.
Oktyabr ayında o, Psixiatriya Xəstəxanasına müalicə olunmağa göndərilmişdi.