Bakıda apteklərdə yoxlamalar aparılıb. Bu haqda bu gün, 12 mart tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən Bakı şəhəri üzrə 1 planlı və 1 plandankənar, respublikanın digər şəhər və rayonlarında isə 23 planlı və 12 plandankənar olmaqla, ümumilikdə 37 aptekdə yoxlama aparılıb, monitorinq keçirilib.
Nəticədə 4 aptekdə nöqsanlar aşkarlanıb, 9 adda dərman vasitəsi olmaqla ümumilikdə 38 qutu müsadirə edilib, məsul şəxslərə protokol tərtib olunub.