AQTA paytaxt ərazisində reydləri davam etdirir. Bu haqda bu gün, 5 aprel tarixində Bakuplus.az quruma istinadən xəbər verir.
Son sutka ərzində keçirilən monitorinqlər nəticəsində aşağıdakı obyektlərdə qanun pozuntuları aşkarlanıb:
- Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küç., ev 23 ünvanında yerləşən “Semazen Baku” restoranı;
- Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəs., Muxtar Fətəliyev küç., ev 13 ünvanında yerləşən kafe;
- Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küç., ev 23H ünvanında yerləşən kafe;
- Bakı şəhəri, Səbail rayonu, Əziz Əliyev küç., ev 11 ünvanında yerləşən “Shakespeare” restoranı.
Aşkar olunan nöqsanlarla bağlı iaşə obyektlərinin rəhbərləri məsuliyyətə cəlb olunub.
“AQTA müfəttişləri tərəfindən respublika üzrə monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir”, - deyə qurum əlavə edib.