Paytaxtda marşrut xəttinin hərəkət sxemi dəyişdirilib.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) verilən məlumata görə, Həsən bəy Zərdabi küçəsində təmir işləri başlanılıb və avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılıb.
Bu səbəbdən 29 nömrəli müntəzəm avtobus marşrutunun hərəkəti alternativ olaraq Əsəd Əhmədov, Abbas Mirzə Şərifzadə və Akim Abbasov küçələri ilə təşkil ediləcək.