Bakıda “Azərbaycanda əlilliyi olan şəxslərin və mina qurbanlarının müdafiəsi” mövzusunda tədbir təşkil olunub. Bu haqda bu gün, 4 dekabr tarixində Bakuplus.az Report-a istinadən məlumat verir.
Tədbir Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) birgə təşkilatçılığı ilə keçirilib.
Aidiyyəti dövlət orqanlarının, ictimai təşkilatların nümayəndələrinin və beynəlxalq ekspertlərin iştirakı ilə keçiriləcək dəyirmi masada əlillərin və minalardan zərərçəkmiş şəxslərin hüquqlarının müdafiəsi sahəsində görülən işlər və digər məsələlər müzakirə olunacaq.