Nərimanov rayonunun polis bölməsində kadr dəyişikliyi baş verib. Bu haqda bu gün, 21 fevral tarixində Bakuplus.az Qafqazinfo-ya istinadən xəbər verir.
Nərimanov RPİ-nin 16-cı Polis Bölməsinin rəisi, polis polkovnik-leytenantı Xəyal Şükürov vəzifəsindən azad edilib. O, Nizami RPİ-nin 23-cü Polis Bölməsinə rəis təyin olunub.
Bu haqda daxili işlər naziri Vilayət Eyvazov əmr imzalayıb.