Bakıda məhkəmədə bəraət alan adam apellyasiyadan sonra yenidən həbs olunub. Bu haqda bu gün, 1 fevral tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Dələduzluqda ittiham edilən Şahmar Əliyev məhkəmənin qərarı ilə bəraət qazanmışdır. Ancaq prokuror hökmdən narazı olaraq apellyasiya şikayəti verib. Məhkəmə protesti qismən qəbul edərək Şahmar Əliyevə 1 il 9 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası(elektron qolbaq) verib.
Ş.Əliyev məcburi köçkünlər üçün nəzərdə tutulan evlərdən mənzil alınacağını vəd edərək Təranə Fərəcovadan 20.000 AZN pul almışdır.