Bakıda reklamların yerləşdirilməsi ilə bağlı dəyşikliklər qəbul olunub. Bu haqda bu gün, 7 dekabr tarixində Bakuplus.az Nazirlər Kabinetinə istinadən xəbər verir.
Reklamın binaların fasadlarında (boyama, yapışdırma və digər metodlarla) yerləşdirilməsi qadağan olunacaq.
Paytaxtda pəncərə və divar taxçalarının, habelə onların çərçivələrinin reklam məqsədilə dekorativ plyonkalarla örtülməsi, rənglənməsi və ya üzlənməsi qadağan ediləcək.
Əlavə olaraq fasad reklamları tikililərin, binaların rənginə və ornamentinə uyğun olmalıdır.