Ötən gün Bakıda “Bir ağac-min nəfəs” devizi altında vətəndaşlara ağac tingləri paylanılıb. Bu haqda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Aksiya Ekologiya və Təbii Sərvətlər Nazirliyi və BRAVO marketlər şəbəkəsinin birgə təşkilatçılığı ilə paytaxtın Binə qəsəbəsində baş tutub.
Ekokönüllülər qəsəbə ərazisində fəaliyyət göstərən BRAVO marketi ziyarət edən alıcılara ağac tingləri hədiyyə ediblər.
Ağac əkilməsinin təşviqi məqsədilə keçirilən tədbirdə ekokönüllülər tərəfindən vətəndaşlara ağac tinglərinin əkilməsi və qulluq göstərilməsi qaydalarına dair məlumatlar da verilib.
Bu gündən start götürən tinglərin paylanılması aksiyaları Bakıda və bölgələrdə növbəti günlərdə də davam etdiriləcək.