Noyabrın 20-dən 24-dək Bakıda BMT-nin Mərkəzi Asiya İqtisadiyyatları üzrə Xüsusi Proqramının (SPECA) günləri keçiriləcək. Bu haqda bu gün, 20 noyabr tarixində Bakuplus.az məlumat verir.
SPECA Günləri çərçivəsində noyabrın 21-22-də Bakıda “SPECA regionunun qlobal bağlantı qovşağına çevrilməsi” adlı iqtisadi forum keçiriləcək.
BMT-nin Mərkəzi Asiya İqtisadiyyatları üçün Xüsusi Proqramı (SPECA) 1998-ci il martın 26-da Mərkəzi Asiya ölkələrinin prezidentləri və Birləşmiş Millətlər Təşkilatının Avropa İqtisadi Komissiyasının icraçı katibləri tərəfindən imzalanmış Daşkənd Bəyannaməsi ilə yaradılıb.
Hazırda SPECA-nın iştirakçı dövlətləri Azərbaycan, Əfqanıstan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistandır.